Test imtahanı vermək üçün 600-dək namizəd qeydiyyatdan keçib

20:10 19.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən hafta.az-a bildirilib ki, imtahana qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 13:00-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 591 (BA - 155, BB - 436) namizəd qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.